• Ca. Dek 26th, 2024

Yaponiya olimpiada ilə bağlı məhdudiyyətlər tətbiq etdi

ByYenigun.news

Mar 14, 2021

Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunları üçün əlavə məhdudiyyətlər tətbiq edib.

“Report”un “Kyodo”ya istinadən məlumatına görə, söhbət əcnəbi liderlərin tədbirlər zamanı müşayiət qruplarındakı şəxslərin sayının azaldılmasından gedir. Səfirlik nümayəndələrindən dövlət başçılarının müşayiət qruplarındakı üzvlərin sayının 11, nazirlərdə isə 4 nəfərə endirilməsi istənilib.

Daha əvvəl olimpiada təşkilatçıları əcnəbi azarkeşlərin yarışlara gəlişini qadağan etməyi qərara alıblar. Görülən tədbirlərdə məqsəd Yaponiyada koronavirusun yayılmasının qarşısını almaqdır. Yekun qərarın ay ərzində çıxarılacağı bildirilir.

Fevralın 3-də olimpiada zamanı azarkeşlərin qışqırmaları və oxumalarına qadağa qoyulacağına, idmançıların yalnız alqışlarla dəstəklənə biləcəklərinə dair məlumatlar verilib.

2020-ci ilin noyabrında isə azarkeşlərin yarış məkanlarına daxilolma şərtləri açıqlanarkən, tribunalara yalnız koronavirus vaksininin vurulduğuna dair arayışla keçməyin mümkünlüyü vurğulanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir