• Ca. Sen 29th, 2022

“Artıq dözə bilmirəm” — Əməkdar artist

ByYenigun.news

May 25, 2021

Əməkdar artist Münəvvər Əliyevanı teatrların olmaması depressiyaya salıb.

Yenigun.news axşam.az-a istinadən xəbər verir ki,  bu haqda aktrisa “Bizimləsən proqramında danışıb. O bildirib ki, yaşadığı həyat tərzi onun üçün maraqsızdır:

“Pandemiyada bir şeyi dərk etdim. Anamı həkimə apardım, amma oturub özü ağlayırdım. Deyirəm, artıq dözə bilmirəm. Heç olmasa səhnə var idi, gedib ağrımızı, acımızı, xoşbəxtliyimizi yaşayırdıq. Hansısa bir obrazı yaradırdıq və onunla yaşayırdıq. Dərk etdim ki, həyatda öz obrazımı yaratmaq nə qədər çətin imiş. Yaşadığım həyat tərzi maraqsızdır: ev, ailə, xəstəliklə mübarizə. Maraqlı ola bilər? Mənim həyatım hər qadının həyatı kimidir sadədir. Bunu oynamaq çox çətin imiş. O obraz xoşbəxt olurdusa, mən də xoşbəxt olurdum. Pandemiya dönəmində tavana bax, kitab oxu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.