• Ç. Dek 11th, 2024

Təhlükəli yüklərin daşınmasına lisenziya tələb olunmayacaq

ByYenigun.news

May 5, 2021

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nı təsdiq edib.

“Yenigun.news” xəbər verir ki, bu barədə sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilib.

Bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Sənədlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyalarına təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı belədir:

1. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən, ölkə ərazisindən tranzit keçirilməsi

2. Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat

3. Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”

4. “İxrac nəzarəti haqqında” Qanuna əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilən və ya təmir edilən gəmilər üçün lazım olan malların idxalı üzrə).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir