• C. Dek 13th, 2024

Azərbaycanda bir həftəlik Ramazan tətili başa çatdı

ByYenigun.news

May 16, 2021

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb. 

“Yenigun.news”un məlumatına görə, tətil günləri mayın 16-da yekunlaşıb. 

Beləliklə, bu gündən ölkə üzrə iş həftəsi başlayıb. 

Qeyd edək ki, ölkədə qeyri-iş günləri Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan etibarən başlamışdı. Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyib. 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. 

Qərara əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir