• Be. Okt 14th, 2024

ŞUŞA DÜNYANIN DİLBƏR GUŞƏSİNƏ ÇEVRİLƏCƏK

ByYenigun.news

May 11, 2021

2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.

   Şuşada olarkən Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Prezident demişkən, biz buraya qalib kimi gəlmişik, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərə, qazilərə dərin hörmət varr, onların qəhrəmanlıqları unudulmur

   Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Digər Azərbaycan şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyevin atdığı addımlar Azərbaycan xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli davamçısı, Vətən müharibəsinin qəhrəmanı İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqdadır.

   Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan bir daha ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər. Lakin hakimiyyət uğrunda apardıqları savaş və münaqişənin Azərbaycanın xeyrinə başa çatmasını həzm edə bilməyən revanşist qüvvələr və bəzi xarici dairələr postmüharibə dövründə də bölgədə sülhə xələl gətirmək istəyirlər. Ermənistan ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Ermənistanda müxalif təşkilatların nümayəndələri hakimiyyətə gəlmək üçün revanş haqqında düşünürlər. Biz bu kimi çıxış və bəyanatları  son 30 ildə dəfələrlə erməni siyasətçilər və hərbçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir: Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni geosiyasi proseslərin təməli qoyulmaqdadır.

   Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin. “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Ruslan Sadatov,
Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir