• Şb. Apr 20th, 2024

Türkmənistan “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiqlədi

ByYenigun.news

Mar 15, 2021

Türkmənistan parlamenti Xəzər dənizində yerləşən “Dostluq” yatağının Azərbaycanla birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Bu barədə “Report” Türkmənistanın Dövlət Xəbər Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Türkmənistan Məclisi “Türkmənistan Hökuməti ilə Azərbaycan Hökuməti arasında “Dostluq” yatağında neft ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsini ratifikasiya edib.

Xatırladaq ki, Azərbaycan artıq yanvarın 21-də imzalanan memorandumu təsdiqləyib.

Qeyd edək ki, Türkmənistan-Azərbaycan sərhədində yerləşən “Dostluq” yatağının mülkiyyəti Sovet İttifaqının dağılmasından sonra mübahisələrə səbəb olub. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Türkmənistan, Qazaxıstan, Rusiya, Azərbaycan və İran tərəfindən imzalanaraq neft və qaz hüquqlarının aydınlaşdırılması üçün səylərin başlanğıcını qoyub.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir