• C. Apr 19th, 2024

Əbdülfəttah Əs-Sisi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb”

ByYenigun.news

Yan 28, 2023

“Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib:

“Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.

Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir