• Ca. Apr 25th, 2024

Ərdoğan seçicilərinə müraciət edib: “Səslərimizlə “Türkiyə yüz ili”ni başladaq” – FOTO/VİDEO

ByYenigun.news

May 27, 2023


Türkiyə Prezidenti, Cümhur İttifaqından prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan seçicilərinə müraciət edib.

O bu barədə “Twitter” hesabında yazıb.

“Millətimin hər bir fərdinə səslənirəm: Sənsiz olmaz! Sabah, Böyük Türkiyə səfəri üçün seçki məntəqələrinə birlikdə gedək. Mayın 14-də parlament seçkisində özünü göstərən iradəni bu dəfə daha güclü formada, prezident seçkisində nümayiş etdirək. Səslərimizlə “Türkiyə yüz ili”ni başladaq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkidə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə Cümhur İttifaqının prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparacaqlar. İkinci turda ən çox səs toplayan namizəd növbəti beş il üçün Türkiyə prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

Ata İttifaqı siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir