• Ca. Apr 25th, 2024

Ərdoğanın prezident seçilməsinin zərurətləri – VİDEO

ByYenigun.news

May 27, 2023


Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkisinin ikinci turunda Türkiyə xalqının indiki Prezident Rəcəb Tayyib Ərdoğana səs verməsi üçün ciddi əsaslar var.

Çünki qardaş ölkənin son illər əldə etdiyi ardıcıl uğurlar məhz R. T. Ərdoğanın adı ilə bağlıdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, R.T. Ərdoğan güclü dövlətləri Türkiyə ilə hesablaşmağa məcbur etdi: “Türkiyə xalqı həm də ona görə Ərdoğana səs verməldir ki, dünyanı türkə hörmət etməyə məcbur etmiş oldu”.

Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, Türkiyə R. T. Ərdoğanın hakimiyyəti illərində qlobal terrora qarşı mübarizədə böyük nailiyyətlər əldə edib: “Türkiyə ona qarşı yönələn qlobal imperialist hücumlara qarşı milli müqavimət yaratmaq üçün Ərdoğanın hakimiyyəti illərində vəhdət halına gəldi”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir