• Be. Avq 24th, 2026

ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik”

Byadmin

May 25, 2023


ABŞ harada keçirilməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.

“Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik. İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən başqa yerində danışıqları dəstəkləyirik”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir