• Bz. May 19th, 2024

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb – CANLI YAYIM

ByYenigun.news

May 7, 2024




İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Oxu.Az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edirlər.

Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

Xatırladaq ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir