• Ca. Apr 25th, 2024

Azərbaycan Prezidenti: “Bu gün Misir yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır”

ByYenigun.news

Yan 28, 2023

“Prezident Əbdülfəttah Əs-Sisi tərəfindən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev deyib.

Əldə olunmuş nailiyyətlər münasibətilə Misir Prezidentini səmimiyyətlə təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir