• Ç. Apr 24th, 2024

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi – FOTO

ByYenigun.news

İyn 8, 2023


Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında illik siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Departamentinin direktoru Mattias Lüttenberq “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlıq, səmimiyyət və qarşılıqlı hörmət əsasında aparılan hərtərəfli dialoqa görə təşəkkür edirəm. Almaniya Cənubi Qafqazda stabillik uğrunda mübarizəni davam etdirəcək”, – deyə Mattias Lüttenberq paylaşımda qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir