• Şb. Apr 20th, 2024

Azərbaycanda akkreditə olunmuş diplomatların və hərbi attaşelərin Zəngilan rayonuna səfəri başlayıb – FOTO

ByYenigun.news

Dek 10, 2022

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri – səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.

Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir