• C. May 17th, 2024

Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi – FOTO

ByYenigun.news

May 2, 2024




Ramin Məmmədov deputat mandatından məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bildirilib ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir