• C. Apr 26th, 2024

Azərbaycanın Müstəqillik Günü Moskvada qeyd edildi – VİDEO

ByYenigun.news

May 27, 2023


28 May  – Müstəqillik Günü münasibətilə Rusiyanın paytaxtı Moskvada təntənəli qəbul keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya Xarici İşlər nazirinin müavinləri, Rusiyada akkreditə olunan diplomatic nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, 105 il əvvəl bünövrəsi qoyulmuş müstəqillik tariximizin qorunub saxlanılması və möhkəmləndirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin isə deyib ki, Azərbaycan iqtisadi və sosial sahələrdə heyrətamiz uğurlar qazanıb: “Azərbaycan dünya miqyasında layiqli nüfuza malikdir və beynəlxalq gündəmdə olan bir çox mühüm məsələlərin həllində fəal rol oynayır”.

Daha ətraflı Baku TV- nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir