• C. May 17th, 2024

Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub

ByYenigun.news

May 2, 2024




Azərbaycan komandası ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb.

“Report” xəbər verir ki, Qiyas Əhmədov – Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü bürünc medala sahib çıxıblar.

Onlar 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.

Bu, Azərbaycan təmsilçilərinin dördüncü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir