• Şb. Apr 20th, 2024

Baş nazir iki nazirliyin kollegiyasını dəyişdirdi

ByYenigun.news

Yan 28, 2023

Baş nazir Əli Əsədovun qərarları ilə iki nazirliyin kollegiyalarının tərkibində dəyişiklik edilib.

Oxu.Az bildirir ki, hökumət başçısının birinci qərarı Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi ilə əlaqəlidir.

Bildirilir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2018-ci il 12 sentyabr tarixli 386 nömrəli qərarı dəyişdirilsin.

“Qərarın 1-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsində “M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.” sözləri “Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru.” sözləri ilə əvəz edilsin”, – deyə qeyd olunub.

Baş nazirin digər qərarı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqəlidir. Baş nazir həmin nazirliyin kollegiyası haqqında 2020-ci il 15 avqust tarixli 296 nömrəli qərarında dəyişiklik edib.

Yeni qərarda bildirilir ki, əvvəlki qərarın 1.1-ci hissəsində “13” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.

“Kollegiyanın üzvləri:” bölməsi aşağıdakı redaksiyada verilir:

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Hüquq və insan resursları şöbəsinin müdiri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir