• Ça. Apr 23rd, 2024

Bolqarıstan prezidenti Tehrandakı səfirliyimizə hücum haqda: “Əliyevin çağırışını dəstəkləyirik” – FOTO

ByYenigun.news

Yan 28, 2023

Bolqarıstanın Prezidenti Rumen Radev Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumunu qınayıb.

“Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücumu qınayır. Belə hücumlar qəbuledilməzdir və həyəcan doğurur. Biz Prezident İlham Əliyevin hadisənin diqqətlə araşdırılması barədə çağırışını dəstəkləyir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, – deyə Radev “Twitter” hesabında qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir