• Be. May 20th, 2024

Britaniyadan Moskvaya “güclü çəkindirici siqnal”: Mariya Zaxarova cavab verdi

ByYenigun.news

May 8, 2024




“Moskva Londonun Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına adekvat cavab verəcək”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müvafiq suala cavabında deyib.

Qeyd edək ki, mayın 8-də Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiya hərbi attaşesinin ölkədən çıxarılacağını bəyan edib.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bəyan edib.

O, bu addımı Londonun Moskvaya göndərdiyi “güclü çəkindirici siqnal” adlandırıb. Qeyd edib ki, bu siqnal Moskvanın Britaniya tərəfindən Ukraynaya göstərilən yardımın qarşısının alınmasına yönəlmiş hərəkətlərinə cavab olaraq göndərilir.  

“Biz hərbi kəşfiyyat xidmətinin əməkdaşı olan və öz statusunu elan etməyən Rusiya hərbi attaşesini ölkədən çıxaracağıq. Biz Sasseksdəki “Sikoks-xaus” da daxil olmaqla, Birləşmiş Krallıqdakı Rusiyaya məxsus bir sıra daşınmaz əmlakların, eləcə də ticarət nümayəndəliyinin və Hayqeytdəki (London rayonu) hərbi attaşe nümayəndəliyinin diplomatik statuslarını ləğv edirik.

Hesab edirik ki, bu obyektlərdən kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə istifadə edilib.

Biz, həmçinin rusiyalılar üçün diplomatik vizaların alınması ilə bağlı da yeni məhdudiyyətlər tətbiq edirik”, – deyə Ceyms Kleverli bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiya xüsusi xidmət orqanlarının krallıqda fəaliyyət göstərmək imkanlarını məhdudlaşdıracaq.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir