• Bz. May 19th, 2024

Bu gün dəfn olunan şəhidin anası: “Gözüm yoldan yığıldı”

ByYenigun.news

May 7, 2024




“Balam tapılandan sonra gözüm yoldan yığıldı”.

Oxu.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşovun vida mərasimi zamanı jurnalistlərə açıqlamasında anası Səbirə Dadaşova deyib.

O, əziyyəti keçəm hər kəsə təşəkkürünü bildirib:

“31 il övladım itkin düşmüşdü. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu işdə əziyyəti keçən hər kəsə minnətdaram. Balam gəlib, gözümü yoldan yığdı. Daha qəbrini ziyarət edə biləcəyəm”.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir