• Be. May 20th, 2024

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər – RƏSMİ

ByYenigun.news

May 10, 2024




“Parlament seçkisinə hazırlıq prosesi davam edir”.

Oxu.Az xəbər verir ki, bunu jurnalist açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qanunvericiliyə görə, noyabrın ilk bazar günü seçki keçirilməlidir:

“Lakin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə əlaqədar seçkinin daha tez keçirilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar geniş maarifləndirmə tədbirlərinə başlamışıq. Maarifləndirmə proqramı təsdiq edilib, Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK iclasında bunu müzakirə edəcəyik. Artıq vaxtı çatıb. Atılacaq addımların şahidi olacaqsınız”.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir