• C. Apr 26th, 2024

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

ByYenigun.news

May 27, 2023


Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Oxu.Az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir