• C. Apr 26th, 2024

Fransa XİN: “İran hakimiyyətini Azərbaycan səfirliyinə edilən hücumu araşdırmağa çağırırıq” – FOTO

ByYenigun.news

Yan 28, 2023

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

Bu barədə nazirliyin bəyanatında bildirilib.

“Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.

Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir