• Be. May 20th, 2024

Fransalı siyasətçi: “Çin lideri Makronu alçaldıb” – FOTO

ByYenigun.news

May 8, 2024




Çin Xalq Respublikasının Sədri Si Cinpin Parisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makronu alçaldıb və onu lağa qoyub.

Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib.

“Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! Çin lideri Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlıq göstərdi. Çin prezidenti onunla daha çox danışaraq əsl gücün kimdə olduğunu göstərdi və bununla da Makrona məhəl qoymadı”, – deyə paylaşımda bildirilib.

Filippo onu da vurğulayıb ki, tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Avropa İttifaqına üzvlük onu zəiflədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir