• Şb. Apr 20th, 2024

Heç kimin tanımadığı QHT-lərin haqsız etirazı – VİDEO

ByYenigun.news

May 27, 2023


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələrindən narazı qalan bəzi təşkilatların etirazları müşahidə edilir.

Halbuki, beynəlxalq təcrübədə heç bir QHT-nin donor təşkilata öz layihəsini diktə etmək hüququ yoxdur və şəffaf maliyyələşməyə etiraz etməsi absurd hesab edilir. Bu baxımdan, belə etiraz forması onların reputasiyasına mənfi təsir göstərir və ictimai legitimliyini sual altında qoyur.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məsələ ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, hər il dövlət büdcəsindən Qeyri-Hökumət Təşkilatlarının normal fəaliyyətinin təmin olunması məqsədilə milyonlarla pul ayrılır.

QHT-yə dövlətin münasibətinin son illər proqressiv istiqamətdə dəyişdiyi, əhatəli islahatların getdiyi sirr deyil. Lakin öz fəaliyyətlərində illərdir formalaşan ətaləti aradan qaldıra bilməyən bəzi ictimai birliklərin yeni mərhələdə də eyni komfortu arzulamağa mənəvi haqları çatmır.

Əbəs deyil ki, proqressiv mövqeyi ilə fərqlənən vətəndaş cəmiyyəti nümayəndələri də sözügedən etirazla razılaşmır və dövlətin bu sahəyə göstərdiyi dəstəkdən razı olduqlarını bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir