• C. Apr 19th, 2024

İlham Əliyev: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

ByYenigun.news

Okt 6, 2022

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”.

“Report” xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıq Radiosu” jurnalistinin sualına cavabında bildirib.

“Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, – Azərbaycan Prezidenti deyib.

“Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”, – Azərbaycan Prezidenti əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir