• Be. May 20th, 2024

İqtisadiyyat Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib – FOTO

ByYenigun.news

May 10, 2024




Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.

“Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq”, – qurumdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir