• Ca. Apr 25th, 2024

İqtisadiyyat Nazirliyi üçün ayrılan xidməti minik avtomobillərinin sayında dəyişiklik edilib

ByYenigun.news

May 27, 2023


Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında qərarda dəyişiklik olub.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddində (limitində) dəyişiklik olub.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üçün ayrılan xidməti minik avtomobillərinin say həddi (limiti) 22-dən 27-yə qaldırılıb. 27 avtomobildən aparat üzrə 19-u ayrılıb.

Qeyd olunub ki, əvvəl bu say 14 nəzərdə tutulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir