• Be. May 20th, 2024

İsrailli diplomat: “Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır” – FOTO

ByYenigun.news

May 8, 2024




“Antisemitizmin gücləndiyi dönəmdə Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini müşahidə etmək sevindiricidir”.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun “X” sosial şəbəkə hesabında yazıb.

“Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır”, – o qeyd edib.

Xatırladaq ki, mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir