• Be. Avq 24th, 2026

Kanada parlamentinin üzvü: “Zəngilandakı “Ağıllı kənd” heyrətamiz məkandır”

Byadmin

May 23, 2023


“Zəngilan rayonunun Ağalı kəndində salınmış “Ağıllı kənd” heyrətamiz məkandır və bu, cəmiyyətdəki bir sıra problemlərin həllinə dəstəkdir”.

“Report” xəbər verir ki, bunu Zəngilanda olan Kanada parlamentinin üzvü Con Aldaq jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycanda, o cümlədən Zəngilanda ilk dəfə olduğunu deyib və burada böyük işlərin görüldüyünü qeyd edib.

“Azərbaycan “ağıllı kənd”lərin necə praktik və gözəl olduğunu öz nümunəsində göstərir. Zəngilan Beynəlxalq Hava Limanı gələcəkdə bu ərazilərdə turizmin inkişafı üçün vacib amildir. Bu aeroport olduqca müasir və gözəldir”, – deyə qonaq vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir