• Be. May 20th, 2024

Kursantlardan ulu öndərin anadan olmasının ildönümü ilə bağlı maraqlı fləş-mob – VİDEO

ByYenigun.news

May 10, 2024




Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təməli 1971-ci ildə ulu öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları əbədiyaşar dahi liderin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində (Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi liseylər, Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərdə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil almaq arzusunda olan vətəndaşlar qəbul üçün sənədlərini cari ilin 30 may tarixinədək təqdim edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir