• C. Apr 19th, 2024

Lavrov:“Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün tarixi yaxın vaxtlarda müzakirə olunacaq”

ByYenigun.news

Mar 20, 2023


“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yeni tarixi yaxın vaxtlarda müzakirə olunacaq”.

Bu barədə Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi məsələlərinə dair üçtərəfli görüşünün yeni tarixinə gəlincə, biz bu gün bu barədə danışdıq”, – deyə rusiyalı nazir bildirib.

“Erməni həmkarımız ötən gün baş nazir Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında ölkəsinin belə bir görüş keçirməyə hazır olduğunu təsdiqlədi. Düşünürəm ki, yaxın zamanda hər üç nazir üçün hansı tarixlərin əlverişli olduğunu nəzərdən keçirəcəyik”, – deyə Lavrov qeyd edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir