• Ca. Apr 25th, 2024

Leyla Abdullayeva Cümhuriyyət dövrünün maliyyə nazirinin nəvəsi ilə görüşdü – FOTO

ByYenigun.news

May 26, 2023


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.

Bu barədə diplomat “Twitter”də yazıb.

“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, – o qeyd edib.

Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir