• C. May 10th, 2024

“Miatsum”la bağlı arzular gəlir-gedir, amma Azərbaycan qalır – VİDEO

ByYenigun.news

İyn 6, 2023


“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet Qarabağda Rusiya sülhməramlı kontingentinin arxasında gizlənən qanunsuz erməni yaraqlıların sərsəm açıqlamalarının onlar üçün doğuracağı acı nəticələrə həsr edilib.

Müəllif Prezident İlham Əliyevin Laçında irəli sürdüyü konkret tezislərə toxunaraq vurğulayır ki, erməni separatizmi ilə məşğul olanlar tarixdən dərs almaq istəmirlər və görünür mazoxizmə meyillidirlər.

Öz növbəsində, müəllif ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Azərbaycan Prezidentinin Qarabağdakı separatçılarla bağlı amnistiya bəyanatına da vurğu edib.

Süjetdə qeyd olunur ki, Birləşmiş Ştatlar da Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışla qarşılayıb.

“Nədənsə bu açıqlamadan sonra separatçıların sərsəm iddiaları isteriya ilə əvəz edildi. Özü də bu isteriya təkcə Xankəndidə deyil, Paşinyanın komandasında da özünü büruzə verdi”, – deyə müəllif qeyd edib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir