• Be. May 20th, 2024

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib – VİDEO

ByYenigun.news

May 10, 2024




Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

“Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu öndərin “Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır” fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”, – deyə nazir qeyd edib.

O bildirib ki, ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir