• Şb. Apr 27th, 2024

Müstəqillik Gününə həsr olunmuş qanvermə aksiyası start götürüb – FOTO

ByYenigun.news

May 27, 2023


28 May – Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası start götürüb.

“Report”un məlumatına görə, aksiya Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə Bakı Biznes Mərkəzində təşkil olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, həmçinin, nazirliyin, idman idarələri və təşkilatlarının əməkdaşları, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, saat 17:00-dək davam edəcək aksiyada 500-dək donorun iştirakı nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir