• Şb. Apr 20th, 2024

Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir”

ByYenigun.news

Dek 5, 2022

“Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

C.Bayramov rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən mühüm amilin üçtərəfli bəyanatların müddəalarının tam şəkildə həyata keçirilməsi olduğunu, lakin təəssüf ki, Üçtərəfli Bəyanatın bir sıra fundamental şərtlərinin yerinə yetirilmədiyini vurğulayıb. Belə ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, mina təhlükəsi isə hələ də qalmaqdadır.

XİN rəhbəri Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2 700 mina aşkar edildiyini və bunun Laçın dəhlizinin təyinatı üzrə istifadə edilmədiyinin göstəricisi olduğunu nəzərə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir