• Ça. May 21st, 2024

Prezident: “Ulu öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq”

ByYenigun.news

May 10, 2024




“Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür – Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı söyləyib.

“Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər”, – deyə dövlətimizin başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir