• Şb. Apr 20th, 2024

Prezidentin köməkçisi: “Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir”

ByYenigun.news

İyn 8, 2023


“Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, ulu öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir