• C. Apr 19th, 2024

Rusiya XİN Bakı və İrəvanı Qarabağdakı insidentləri araşdırmağa çağırıb

ByYenigun.news

Okt 6, 2022

Qarabağda birinci və ikinci müharibələr zamanı baş verən bütün hadisələr, o cümlədən hərbi cinayətlərin əlamətlər hərtərəfli təhlil tələb edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsu Mariya Zaxarova ənənəvi brifinq zamanı news.ru saytının əməkdaşının sualını cavablandırarkən deyib.

O, Bakının bəzi dövlətlərin Ermənistanı 4 min itkin düşmüş şəxsin taleyi, habelə onların dəfn olunduğu yerlər barədə məlumat verməyə çağırmaması ilə bağlı bəyanatlarını belə şərh edib.

“Bütün belə hallar, o cümlədən müharibə cinayətlərinin əlamətləri dərhal və hərtərəfli təhlil tələb edir. Biz ondan çıxış edirik ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin (10 noyabr 2020-ci il. – red.) bütün müddəalarına, o cümlədən həll edilməmiş məsələlərin həlli baxımından əməl etməlidir. Bu, həm də hərbi əsirlərin mübadiləsinə, itkin düşənlərin taleyinin öyrənilməsinə, regionda mədəni-humanitar irsin qorunmasına da aiddir”, – Zaxarova bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir