• Ç. Apr 24th, 2024

Rusiyalı səfir Norveç XİN-ə çağırılıb

ByYenigun.news

Okt 4, 2022

Rusiyanın Oslodakı səfiri Teymuraz Ramişvili Norveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Norveç diplomatik nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Teymuraz Ramişvilinin Norveç XİN-ə çağırılması Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək üçün keçirdiyi “referendum”dur.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Mənbə: Regjeringen.no

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir