• Bz. May 19th, 2024

Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”

ByYenigun.news

May 7, 2024




“Azərbaycan və Slovakiya müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətlərini müəyyən ediblər”.

Bunu Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib.

“Slovakiya uzun müddətdir ki, müdafiə sənayesinin yüksək inkişafı ilə tanınır. Ona görə də bir çox ölkələr bu sahədə Slovakiya ilə əməkdaşlıq etmək istəyirlər”, – o bildirib.

R.Kalinyak müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair bu gün Bakıda imzalanan sənədlərdən danışaraq qeyd edib ki, konkret müqavilələrdən danışmaq hələ tezdir:

“Hazırda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu memorandumlar həm də Azərbaycanla əməkdaşlıq çərçivəsində müdafiə sənayemizi inkişaf etdirməyə imkan verir. Bəzi hallarda bu, birbaşa müqavilə və ya birbaşa sifariş, digər hallarda isə texnologiyanın transferi, malik olduğumuz bacarıqların ixracıdır. Birgə müəssisələr mövqeyi var”, – nazir bəyan edib.

R.Kalinyak vurğulayıb ki, bu əməkdaşlıq Slovakiyanın iqtisadi inkişafına da töhfə verəcək.

Onun sözlərinə görə, qarşılıqlı danışıqlar nəticəsində məlum olub ki, Azərbaycan ağır sənaye üçün Slovakiyanın uzun illər təcrübəsi olan tam texnoloji bazanın yaradılmasında maraqlıdır:

“Bu, bu sahədə slovakiyalı mütəxəssislər üçün yer yaradır”, – R.Kalinyak yekunlaşdırıb.

Mənbə: teraz.sk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir