• Ca. May 2nd, 2024

Türkiyənin XİN başçısı: “Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”

ByYenigun.news

Yan 28, 2023

“Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

O, həmçinin bu qəbildən olan terror aktları ilə bağlı bildirib ki, indiyədək erməni terrorçuların hücumu nəticəsində bir neçə türk diplomat şəhid olub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir