• Ca. Apr 25th, 2024

Ulu öndərin 100 illiyinə həsr olunan turnir keçirilib – FOTO

ByYenigun.news

May 27, 2023


Bakı Olimpiya Stadionunda təşkil olunan turnirdə AFFA, PFL, “Klublar”, “Hakimlər”, “Veteranlar”, “Media”, “Könüllülər”, SOCAR, BOS və “Partnyorlar”dan ibarət 10 komanda mübarizə aparıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, hər birində beş komanda olmaqla iki qrupda oyunlar keçirilib. Öz qruplarında birinci yeri tutan PFL və “Veteranlar” komandaları final oyununda qarşılaşıblar. Rəqibini 6:2 hesabı ilə məğlub edən “Veteranlar” turnirin qalibi olub.

Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, media əməkdaşları, könüllülər, azarkeşlər və futbol ailəsinin üzvləri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir