• Bz. May 19th, 2024

Zahid Oruc: “Paşinyanı Bakıya dəvət etmək olar”

ByYenigun.news

May 7, 2024




“Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır”.

“Report”un məlumatına görə, bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:

“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir