• Be. Okt 14th, 2024

Bu yerlərdə maska taxmaq tələbi ləğv edildi

ByYenigun.news

May 26, 2021

Mayın 31-dən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə dayanarkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə ləğv edilir.

Yenigun.news-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Qərara əsasən, xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir