• Ç. May 8th, 2024

Üç telekanalın yayımı müvəqqəti dayandırılır

ByYenigun.news

May 30, 2021

Azərbaycan Televiziyasının (AzTV) yayımı gecədən etibarən müvəqqəti olaraq dayandırılacaq.

Yenigun.news xəbər verir ki, bu barədə İdman TV-nin “Facebook” səhifəsinə məlumat yerləşdirilib.

“Hörmətli tamaşaçılar!

HD yayıma keçidlə əlaqədar AzTV, MədəniyyətTV və İdmanTV kanallarının yayımı “AzTV Xəbər”in saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq.

Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək”,-deyə məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir