• C. Apr 26th, 2024

Səmra məşhur yarışmadan imtina etdi

ByYenigun.news

Avq 9, 2021

Müğənni Səmra Rəhimli hər il keçirilən məşhur “Novaya valna” (Yeni dalğa) beynəlxalq müsabiqəsindən imtina edib.  

“Yenigun.news” xəbər verir ki, sənətçi, əvvəlcə təşkilatçılara birbaşa finalda iştirak edəcəyini təsdiqləsə də, daha sonra yarışmanın onun formatına uyğun olmadığını bildirib.  

S. Rəhimli “Novaya valna”da yer almayacağını qeyd edib.

Xatırladaq ki, bu il finalçılarının seçimini musiqi prodüseri Anastasiya Muxina, müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy edib. 

Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir