• C. Noy 22nd, 2024

PREZİDENT ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ

Byadmin

Okt 22, 2021

Biz yaxşı bilirik ki, Qarabağ münaqişəsinin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu. Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışı nda bunu xüsusi olaraq qeyd edib.
İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan rəsmi İrəvan. Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi sessiyasında Ermənistanın işğalçılıq siyasətinin, nasist, terrorçu mahiyyətini açdı, onu müdafiə edənlərə xəbərdarlıq etdi. İlham Əliyev, Azəbaycanın dövlət siyasətini uğurla təqdim etdi. Prezidenti İlham Əliyev hərb meydanında olduğu kimi, BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki parlaq nitqi ilə diplomatik-siyasi baxımdan da Ermənistanı sadəcə məhv elədi. Erməni ünsürü və Ermənistan mövcud olduğu bütün tarixdə heç bir zaman beynəlxalq aləmdə belə öldürücü diplomatik-siyasi zərbə almamışdı. İlham Əliyev münaqişənin keçmişdə qaldığını bildirərək, BMT qurumlarına vacib bir məsələ barəsində belə xəbərdarlıq etdi.
Xudayar Soltanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir